haqqında

Cəmilə Mahir qızı Məmmədli 23 sentyabr 1993-cü ildə Göyçayın Potu kəndində anadan olub. Uşaqlığı Rusiyada keçib. İki dil bilən Cəmilə orta təhsillidir. İlk dəfə “Kitabsevərlər”in layihəsi olan “İz” gənc yazarların hekayələr toplusunda hekayəsii çap edilib. “Şəhrizad” və “Gəlincik evi” dünya ədəbiyyatından seçmə hekayələr kitablarında tərcümələri nəşr olunub. Bundan başqa Erix Mariya Remarkın “Qayıdış” romanının tərcüməçilərindən biridir.

Hiç yorum yok: