Türk serialları


Serialların böyük hissəsi bütün televiziya proqramları kimi insanların manqurtlaşdırılmasına xidmət edir. Amma xüsusilə türk seriallara bizlərə daha çox təsir edir. Hə, indi hər oğlana 1.55 boy və tamamilə karizmadan uzaq üzlə əlinə oyuncaq silah alıb, ölümsüz Poladman olmağın mümkünlüyü xəyalını verənləri kənara qoysaq, ən zərərliləri "romantik" seriallar və onların gənc qızların beyinlərinə yeritdiklərinə nəzər salaq:
 
                            adamım məndən daha karizmatik ola bilər, amma baş rol mənəm!


1. sevgiliniz mütləq yaraşıqlı, varlı, əzələli və çox bacarıqlı olmalıdır. narahat olmayın, siz adinin adisi, heç bir xüsusiyyəti olmayan qız olsanız belə o sizə aşiq olmal. Çünki, məsum, saf və əldəyməmişsiniz. yəni,  hardasa min qızdan min beşi kimi.
         
əldəyməmiş ev qızı(təmsili) 

2. Həmin mükəmməl oğlanı çox gözəl, güclü, bacarıqlı və varlı sevgili/nişanlı/həyat yoldaşının əlindən almağınız mümkündü və hətta bu sizin saflığınıza xələl gətirmir, hələ də yaxşı qızsınız. Amma o sizdən geri almağa çalışsa... İfritə, əxlaqsız, tərbiyəsiz!!!
köhnə sevgilisi ( təmsili)

3. Dayanmadan səhv etmək, yıxılmaq, ağzından söz qaçırmaq, nəyisə sındırmaq sizi bədən-beyin kordinasıyasından məhrum gerizekalı yox, sevimli edir.
necə də sevimli...


4. Qeyri-adi gözəl olmasanız da bir parti, bal və ya məclisdə birdən-birə gözəlləşə, hamını kölgədə qoya bilərsiniz. Təbii, bunun üçün başqa qızların sizdən daha pis geyindirilib, qorxunc makyajlar edilməsi lazım gələ  bilər.
hər şey min il əvvəl onunla başladı.



5. Kimsə sizə sataşanda, qəzaya düşəndə, çətinliklə üzləşəndə mütləq əsas oğlanın sizi xilas etməsini gözləməlisiniz. Çünki, o əl-ayaq sizə bəzək olsun deyə verilib. dil haqqında isə danışmağa dəyməz. Beyin?... Sevgili olan yerdə ona nə hacət!
o bir quş, o bir təyyarə...yox, o bir sevgilisini xilasa tələsən sevgili!


6. Əsla xüsusi istedadınız, adam kimi bir işiniz olmamalı. hətta universitetdə oxusanız belə əlinizə kitabı ancaq əsas oğlanla toqquşanda yerə dağılması üçün almalısınız.
ərə getməyin 49 yolu...hmm...


7. Sevgiliniz mütləq bir gecə içib köhnə sevgilisi ilə olacaq və elə bundan qız hamilə qalacaq. çünki, biz insanların bəzən uşaq sahibi ola bilmək üçün illərlə müalicə amaldıqları, qorunma vasitələrinin olmadığı fantastik dünyada yaşayırıq...
aşkım, biz dünən yenə sərxoş olduq...və səkkizinci yoldadı...


8. Siz kasıb olsanız belə sevgiliniz varlıdır. O, indi varlı deyilsə yaxın gələcəkdə mütləq varlı olacaq. Hələ də varlanmırsa, bu öləcək və varlısını tapacaqsınız! Zatən dünyanın 1 %i yox, 99%i varlıdır.
ideal sevgili.


9. Sizin və sevgilinizin dostları mütləq sizdən daha gerizekalı olmalı ki, nə qədər gerizekalı və içi boş olduğunuz üzə çıxmasın.
sizi gözəl və ağıllı göstərmək üçün daha nə etməliyik?!


10. Evləndiyinizdə hər şey xşbəxt sonluqla bitəcək. Ər-arvad davaları, gələcək qayğıları, maddi çatışmamazlıqlar, yeniyetməliyə girən övladlar-filan bunlar dünyamızda yoxdu. bircə evlənin, hər şey mükəmməl olacaq. Evlənin! Evlənin! Evlənməsəniz bir heçsiniz! Evlənin!
xoşbəxt sonluq...!


qeyd: Seriallar sizi gerizeklı edir, əziz gənc qızlar. onların sizə nə öyrətdiklərinə fikir verin və sizin nə qədərinə inandığınıza.

Hiç yorum yok: