Yasunari Kavabata - Nar

Yasunari  Kavabata
 4 avqust 1899-cu ildə doğulub, 6 aprel 1972-ci ildə qazla intihar edərək ölmüşdür. Dəyərli yapon roman yazıçılarından biridir. Həssaslığa meyilli sadə yazı tərzi ilə, Yaponiyaya ilk ədəbiyyat üzrə Nobel mükafatını gətirmişdir. Ən vacib əsərlərindən bəziləri “İzu rəqqası”(1926) və “Qardan ölkə”dir (1934). “Qardan ölkə” əsirini 12 ilə tamamlamışdır. Tokio İmperatorluq Universitetində oxumuş, jurnalist olaraq işləmişdir. İkinci Dünya müharibəsində qanlı döyüşlərə daxil olmağı rədd etmişdir. Müharibə şəraitinin təsirləri yazılarında hiss olunmaqdadır. Intiharı ilə bağlı bir çox fərziyyələr irəli sürülür, lakin, hər hansı bir məktub və ya qeyd qoymadığı üçün, dəqiq səbəb bilinmir.


      Nar
  Həmin gecəki güclü küləkdən nar ağacı yarpaqlarını tökmüşdü. Yarpaqlar, gövdənin ətrafında dairə halında sərilmişdi. Kimiko səhər ağacı çılpaq görəndə təəccübləndi və dairənin qüsursuzluğu onun marağına səbəb oldu. O, küləyin onu dağıtmasını gözləyərdi.Orada yaxşısından bir nar var idi, ağacda qalmışdı.
 - Bir bura gəl, buna bax,- deyə, o, anasına səsləndi.
 - Yadımdan çıxmışdı.
 Anası ağaca nəzər salıb, mətbəxə qayıtdı. Bu, Kimikoya onların tənhalıqlarını düşündürdü. Nar, eyvandan yalnız və unudulmuş görünürdü. Iki həftə, ya da daha əvvəl onun 7 yaşlı bacısı oğlu ziyarətə gəlmişdi və tezcə narın fərqinə varmışdı. Ağaca dırmaşmışdı. Kimiko, həyatda var olduğunu hiss etmişdi.
  - Bir irisi ağacın başında var,- deyə, eyvana, Kimikoya səsləndi.
- Amma, mən onu dərsəm, aşağı düşə bilməyəcəm.
Bu doğru idi. Iki əlin narla dolu aşağı düşmək heç də asand deyildi. Kimiko gülümsədi. Uşaq sevimli idi.
O, gələnədək ev narı unutmuşdu. Bu ana qədər onlar, onu yenə unutmuşdular.
Onda yarpaqlar meyvəni gizlətmişdi. Indi isə, o açıq səmada bərq vururdu. Orada meyvənin müqaviməti və gövdənin ətrafında yarpaqlardan dairə var idi. Kimiko gedib, bambu çubuğu ilə onu yerə saldı.
Görünür, elə yetişmiş idi ki, dənələr qabığı açılmağa məcbur etmişdi. Dənələr, Kimiko onu eyvana qoyanda günaş işığında parlayırdılar və sanki, günəşin şuaları onların içindən keçirdi. O, günahkarmış  kimi hiss etdi.
Yuxarıda hardasa saat onda tikiş ilə məşğul olanda Keikiçinin səsini eşitdi. Qapı bağlı olduğuna görə, yəqin səsi baxçanın ətrafından gəlirdi. Səsində təlaş var idi.
- Kimiko, Kimiko! - anası səsləndi. - Keikiçi gəlib.

   Kimiko iynəsinə işinini bitirməyə icazə verdi. Onu yenə iynə yastıqcasına sancdı. 
- Kimiko deyirdi ki, getməmişdən əvvəl necə də səni yenidən görmək istəyirdi.
   Keikiçi müharibəyə gedirdi. 
  - Amma, biz çətin ki, dəvətsiz səni görməyə gələ biləydik və sən də gəlmədin. Yaxşı ki, bu gün gəldin.
O, Keikiçidən nahara qalmağını istədi, amma o, tələsirdi.
- Yaxşı, heç olmasa  nar götür. Özümüz yetişdirmişik.
ana, yenə Kumikonu çağırdı.
 Keikiçi, Kimikonu gözləri ilə qarşıladı, sanki onun aşağı enməsini gözləməkdən artığını edə biləcəkmiş kimi. O, pilləkənlərdə dayandı.
 İsti bir şey gözlərinə gəldi və nar ovuclarından düşdü.
 Bir-birlərinə baxdılar və gülümsədilər.
Kimiko, gülümsədiyinin fərqinə varanda qızardı. Keikiçi, eyvana qalxdı.
- zünə yaxşı bax, Kimiko.”
-Sən də.
O, artıq arxasını dönüb, onunla vidalaşmışdı.
Kimiko, o getdikdən sonra arxasınca baxça qapısına baxdı.
-O, yaman tələsirdi,-dedi, anası. -Bu da lap əla nardır.
Keikiçi, onu eyvanda qoymuşdu.
 Görünür, o, gözlərinə isti bir şey gəldiyində əlindən saldığında, onu parçalamağa başlayıbmış. O, tam iki yerə bölə bilməmişdi. Səpələnmiş dənələri ilə  yerdə idi.
Anası, mətbəxə aparıb yudu və Kimikoya verdi.
Kimiko, qaşlarını çatıb geri çekildi və sonra, bir daha qızarıb, çaşqın halda narı götürdü. Keikiçi kənarından bir neçə dənə götürübmüş kimi görünürdü. Anası ona baxdığından, Kimikonun yeməyi rədd etməsi qəribə görünərdi. Laqeytcəsinə içini dişlədi. Turşluq ağzını doldurdu. Kimiko, içinə dolan bir növ kədərli xoşbəxtlik hiss etdi.
   Anası, etinasız halda ayağa qalxdı. O, güzgüyə tərəf gedib, oturdu. 
-Sən bir saçıma bax. Mən Keikiçi ilə bu süpürgəyə oxşar saçla vidalaşdım.
Kimiko, saçını daramağını eşidirdi.
 -“Atan öləndə,-anası, sakitcə dedi. -Saçımı daramaqdan qorxurdum.  Saçımı daradığım vaxt, nə etdiyimi unuda bilərdim. Özümə gələndə, sanki atan burda mənim bitirməyimi gözləyirmiş kimi idi.
 Kimiko, anasının atasının boşqabında qalanları yemə vərdişini xatırladı.O, nəyinsə onu çəkdiyini hiss etdi, xoşbəxtlik hissi ona ağlamağı istətdi. Anası, yəqin ki, tullamaq istəmədiyi üçün narı ona vermişdi. Təkcə buna görə. Heç nəyi tullamamaq vərdiş halını almışdı.
Öz xoşbəxtliyi ilə birlikdə, Kimiko, anasının qarşısında utandığını hiss etdi.
O, düşündü ki, vidalaşmadansa, Keikiçinin  xəbərdar olması daha yaxşı olardı və beləcə, Kimiko, istənilən qədər onun geri qayıtmağını gözləyə bilərdi.
Anasına tərəf baxdı. Günəş onun qarşısında oturduğu aynanın arxasındaki kağız qapıdan batırdı.

Kimiko, sanki dizlərinin üstündəki nardan dişləməyə qorxurdu. 

Hiç yorum yok: