Oxucu növləri...


Kitab oxumaq indiki dövrdə xüsusi bir intelekt meyarı kimi görülür. eslində, hər dövrdə belə idi. keçmişdə belə olmasının səbəbi kitabların az, çox baha və çap edilməsinin, daşınmasının əziyyətli olması idi isə, indiki dövrdə əsas səbəb; texnologiyanın insanın beynini əvəz edəcək qədər inkişaf etməsi və kimilərinin beynini gücləndirəcək vasitələrdən çox, bir proqramın yeni versiyasını yükləməklə məşğul olmasıdır. Lakin, qəribə bir şəkildə kitab oxumaq bir dəb halını almağa başladı. artıq insanları təkcə kitab oxuyub-oxumamasına görə yox, nəyi, harda, necə və nə qədər oxuması ilə dəyərləndirməyə başladılar.  4-5 ilə "bu gün nə oxudun?" adlı televiziya proqramların çıxıb, qəribə aksenti ilə insanların oxuduğu kitabları tənqid edən tiplərlə dolması məni heç təəccübləndirməz. əl-qərəz, indi danışacağım son 10 ildə yaranan və müşahidə edə bildiyim oxuyucu tipləri. əminəm içlərindən ən azından birində özümüzü görəcəyik...




çitap dediyləri budu???


  1. kitap oxumağa yeni başlayanlar- cücələr: bu ad onlara öz qabiqlarından çıxıb, kitabların geniş dünyasına addım atdıqları üçün metafor verilməyib. qeyri-adi maraqları və hər yeni kitab gördüklərində parıldayan gözləri üçün verilib. bu tiplərin ortaq xüsusiyyətlərindən biri uşaq və ya gənc olmamalarıdır. 30-lu yaşların əvvəllərində kitab oxumağa maraq salan bu tiplər ən zərərsiz və sevimli oxuyuculardır. gördükləri hər kitabı böyük maraqla oxuyar, lakin, yaşlarının verdiyi ağırlıqla təəssüratlarını çox da bölüşməzlər. onları tanımağın ən asan yolu: kitabxanan uzaq bir küncündə, evlərində və ya iş yerlərində təklikdə əlinə kitab alıb, üzlərində böyük bir maraq ifadəsi ilə nisbətən yavaş, lakin həyacanla oxuyan birini görsəniz- bəli, bu bir "Cücə"dir.

hamısı mənimdi ha ha ha!


2. kolleksiyaçlar- "bazarımın bəzəyi" tipi. uşaq vaxtı güllərdən buket düzəldib, gül yarpağına satdığımız bir oyun oynardıq. hamımız ən gözəl büketi əsla satmaz və "bu bazarımın bəzəyidi" deyərdik. bu tiplər də elədir. görsəniz, kitabxanalarında yüzlərlə, bəlkə, minlərlə kitab vardır və bu kitabları əsla heç kimə verməz. işin qəribəsi: soruşsan, kitabı hardan, necə və neçəyə aldığını əzbərə deyəcək adam, kitabın içindən bir cümlə belə deyə bilməz. çünki, oxumamışdır. bu tipləri gördükdə anamın cehizliyi olan və illərdir bufetdə durmaqdan başqa bir işə yaramayan vazları yadıma düşür... onları tanımağın ən asan yolu: ən səliqəli və rəngarəng kitabxana bu insanlarda olur. kitabxanalarında əsla köhnə, əzilmiş və ya müəllifi bilinməyən kitablar olmaz.


or facebook...


3. populyaristlər - bundan Aysel (Emil) alıb... : bu tiplərin yeganə kitab seçmə kategoriyası kitabın məşhurluq dərəcəsidir. kitab haqqında bir məşhur tvit atmış, ya da qısqandığı bir dostu almışsa- iş bitmişdir. eynisindən mütləq almalı və sosial şəbəkələrə bunu car çəkməlidir. insanların tənqidinə ən çox tuş gələn tip olsa belə, məncə, ən azından oxuduğu üçün "kolleksiyaçı" tipindən bir addım öndədir. bu tipi tanımağın ən asan yolu: Kitabxanasında həm "Ovod", həm də "Soğuk kahve" olan hər bir oxuyucu bu kategoriyaya daxil edilə bilər.



yes...

4. arxeoloqlar - Tanınmaz Bilinməzovu tanımırsan?! : bu tiplər nadir olaraq görünsə belə, varlığını davam etdirməkdə israrcıdır. esas xüsusiyyətləri ədəbiyyat professorlarının belə tanımadığı, bilmədiyi bilməm hansı avropa və ya uzaq şərq yazarının oxucusu və müdafiəçisi olmaqdır. heç kimsə oxuduqları kitabların və ya yazarların var olub-olmadığını bilmir, çünki, əsla adlarını belə eşitməmişlərdir. bunların bir alt kateqoriyasıda ancaq qədim kitabları oxuyanlardır ki, yenə oxuduqlarının çox bilinməməsi səbəbi ilə bu kateqoriyaya girirlər. ən asan tanıma: ədəbiyatının bilindiyi İngiltərə, Fransa, Türkiyə, İran, Rusiya və Azərbaycan əvəzinə "isveçrə" deyin, "moğolustan" deyin, "banqladeş" deyin. Əminəm oralarda  bir möhtəşəm yazar olduğundan ağız dolusu danışacaqdır.


komiks deyə bir şey var..



5. asançılar - Supermen fanatları. Onlara bu adı kitab oxumaq əvəzinə, komiks oxumalarının daha yaxşı olacağını xatırlatmaq üçün verilib. bu tiplər kitabların içinə görə yox, çölünə görə qiymətləndirir. daha doğrusu: nazikliyi və şəkillərin sayına görə. olduqca zəif oxuyucu olan bu tiplərin tək üstünlüyü isə daha əyləncəli kitablar oxumasıdır. Onları komikslərə və ya mangalara yönəltmək lazımdır. tanımağın ən asan yolu: 15-24 yaş arası və çoxluqla oğlanlar. 



noüüüü ma"am.



6. entəllər - Fransızlar. bu tiplərin bircə boynunda yaylıq və başlarında şlyapa əksikdir. ideal oxuma vəziyyətlərini bir ocağın və ya pencərənin kənarındə, əllərində iri bir fincanda kofe olaraq təsvir edirlər. yalnız seçkin yazarların melonxolik əsərlərini oxuyan bu tiplərin tək mənfi xüsusiyyəti isə, dünyada kitab oxuyanın yalnızca özləri olduqlarının düşünməsidir. 18-ci əsrin Fransız kontessası kimi danışan bu tipləri anlamaq olduqca çətindir. siz anlamazsanız, onlar öz kitablarına və -var isə- pişiklərinə meyil salar, süzgün gözlərini bir anlıq sizə dikib, uzaqlaşarlar. tanımaq üçün: sadəcə "kitab" deyin və onun söylədiklərini dinləyin. eyni cümlədə 3 "intibah", 2 "franssız" və 5 indi xatırlamadığınız "post-"lu-filan bir şeylər dediysə, təbrik edirəm.




and boys, never falling love of you.



7. xəyalpərəstlər- Alice. bu tiplər öz möhtəşəm xəyal gücləri ilə ön plana çıxmaqdadır. problem ondadır ki, bu xəyal gücü bəzən şizofreniyanın başlanğıcı həddinə çata bilir. əsasən əsərlərdəki baş qəhraman yerində özlərini təsəvvvür edən bu insanlar, vaxtında müdaxilə etmədikdə işi böyüdə bilərlər. bir dəfəsində özünü Sanço Pançonun eşşəyi olaraq xəyal edən birini tanımışdım... yalnızca
özlərinə zərərləri olan bu insanları bəzi kitablardan uzaq tutmaq gərək. örnək: "Mənim Mübarizəm". 
tanımaq: gərək yoxdur. ilk cümlələrindən etibarən "mən bunu hardasa oxumuşam?." sualı beyninizdə cövlan edəcək onsuzda.



və əsla sevgilisi olmadı...



8. yalquzaq - eynəklilər. bu tiplərin mütləq eynəyi olması gərəkməz, eynək əslində beyinlərindədir. kitablara sevdikləri üçün deyil, öyrənmək üçün bağlı olan bu insanların dostları çox deyildir və bəzi məlumatlara görə, əks cinslə də çox söhbət etməzlər. kitablar təkliyi, təklik asosyallığı və asosyallıq tənhalığı çağırır...əsasən elmi kitablar oxuyan bu tiplərin ortaq özəlliyi tələbə və ya bir şəkildə bu statusa yaxın bir işdə işləyir olmalarıdır. Əslində, danışsalar olduqca maraqlı və bilgili söhbət edə bilmə qabiliyyəti olan insanların tək problemi danışmamaqlarıdır. asan tanıma: mümkün deyil. Görünməz kimidirlər. Ancaq və ancaq gözünüzün ucu ilə sadə geyimlə və mütləq qalın bir kitab oxuyarkən görə bilərsiniz. üzünüzü çevirdikdə isə... necə yox olduqları bilinmir.


hmfff, kitab qoxusu...


9. ətir sevərlər - La parfumme. istər inan, istər inanmayın sırf yeni kitab qoxusu üçün kitab alan insanlar tanıdım. yəni, bu kitabı oxumaq üçün alan insanın, o təzə kitab qoxusunu ciyərlərinə çəkib, zövq alması deyil. Kitabı sadəcə qoxlamaq üçün almasıdır. sadəcə, təzə də deyil; köhnə, nəmli, kifləmiş və s. kitab qoxularını sevən insanlar bunlar... Necəki şərab dequstatorları sadəcə iyləyərək hansı ildən və marka olduğunu deyə bilir, onlar da kitabın yaşını və hansı şəraitdə saxlanıldığını bilirlər... Tanımaq: sadəcə əlinizə təzə bir kitab alıb, başbarmağınızla vərəqləri tez-tez buraxın. tələyə düşən dovşan misalı çiyninizin üstündə başı bitəcəkdir. hazır gözləri yumulu ikən yaxalayın məncə.


hiyaaaaaaa!


10. oxucu- son kitab bükücü. bu tiplərin adı sadəcə "oxucu"dur. çünki sadəcə və sadəcə oxucudurlar. "Səfillər"dən tutmuş, qrip dərmanının istifadə göstərişlərinə qədər hər şeyi eyni sürət, dəqiqlik və maraqla oxuyurlar. əllərinə keçən hər kitab, kağız parçası, hətta paltar etiketi belə oxunmamış buraxılmaz. Onlar üçün oxumaq bir zövq, əyləncə deyil, samuray misalı girdikləri döyüşdür və bu döyüşdən mütləq qalib ayrılmalıdırlar.  tanımaq üçün: "oxucu" olduğundan şübhələndiyiniz birin yanından keçərkən əlinizdəki qəzet parçasını, kitab vərəqini və ya hər hansı çap yazılı kağızı yerə salın. 5 addım getdikdən sonra geriyə başdıqda o kağız o insanın əlindəysə və böyük bir ciddiyətlə oxuyursa- təbriklər!





Təbii ki, yuxarıda yazdıqlarımın bir qismi gərçək olsa belə, çoxu zarafatdır və hər bir tip mütləq bir kitab sevərdir. sevmə və göstərmə şəkilləri bir az fərqli olsa belə. Yazının əvvəində dediyim kimi, hər birimiz bu kateqoriyalardan ən az birinə aidik.


çaoo





Hiç yorum yok: