Marqaret Etvud

                Marqaret Etvud 1939-cu ildə dünyaya gəlib Anteriyo və Qubəkdə böyümüşdür. 30-dan çox bəyənilən roman və şeir, esse və hekayə toplusu çap etdirmişdir. Sözükeçən tənqidçi olaraq müasir Kanada ədəbiyyatının təsnifləndirilməsinə kömək etmiş, Şimali Amerika və xariicndə feminist yazarlar arasından ad-sanı ilə seçilmişdir. Romanlarından bəziləri: “Üzə çıxmaq”(1972), Kanadanın hökümət generalının mükafatını alan “Damazlıq qızın hekayəti”(1986), “Pişik gözü”(1989), “Soyğunçu gəlin”(1993), Kanada “Qiller” mükafatına layiq görülmüş “Ləqəbi Qreys”(1996), “Bukman” mükafatını almış “Kor sui-qəsdçi”(2000) və “Oriks və Kreyk”(2003). Etvudun hekayə toplularına daxildir: “Rəqs edən qızlar və digər hekayələr”(1982), “Mavisaqqalın yumurtası və digər hekayələr”(1983), “Vəhşilik məsləhətləri və digər hekayələr”(1991) və “Yaxşı sümüklər və sadə qatillər”(1994). Etvud öz təcrübəvi hekayəsi “Xoşbəxt sonluqlar” haqqında demişdir: mən onun necə bir məxluq olduğunu bilmirdim. O şeir, qısa hekayə və ya sərbəst vəzndə şeir deyildi. O kondensasiya, icmal, sorğu deyildi və məsəl, atalar sözü, paradoks olmaqdan uzaq idi. O mutasiya idi. onu yazmaq mənə gizli  zövq verirdi, elə bil heç kəs baxmayanda gizlicə divarları yazırsan... Digər insanıların belə bir yoldançıxma üçün ad tapdıqlarını və qaydalar qoyduqlarını öyrənmək məni bir az məyus etdi.

Xoşbəxt sonluqlar

                Con və Meri tanış oldular
                Bəs sonra nə oldu?
                əgər xoşbəxt sonluq istəyirsənsə “A” variantını sına.

                “A”
                Con və Meri bir-birlərinə aşiq oldular və evləndilər. Hər ikisinin onları həvəsə gətirən və canlandıran fərli, qazanclı işləri var. Sonra gözəgəlimli bir ev aldılar. Ardınca mlak qiymətləri yuxarı qalxdı. Əvvəl-axır, imkanları buna çatanda, ömürlərini onlara həsr edəcəkləri  iki uşaq sahibi oldular. Uşaqları sözəbaxan çıxdılar. Con və Merinin həvəsə gətirən, canlandıran intim münasibətləri və fərli dostları var. Onlar birlikdə əyləncəli tətillərə gedirlər. Təqaüdə çıxdılar. Hər ikisinin həvəsləndirici və canlandırıcı hesab etdikləri hobbiləri var. Əvvəl-axır onlar ölürlər. Bu da hekayənin sonu.

                “B”
                Meri Cona aşiq olur, amma Con Merini sevmir. O, onun bədəninindən kef almaq üçün istifadə edir, Merinin qayğısı isə eqosunu bəsləyir . Merinin mənzilinə həftədə iki dəfə gəlir və Meri onun üçün yemək bişirir - bununla başa düşmək olur ki, Con onu yeməyə aparıb xərc çəkmək də istəmir. Yeməyi yeyəndən sonra Meri ilə sevişir , tez də  yuxuya gedir. O xoruldayan vaxtı Meri onu pinti bilməsin deyə qabları yuyur və gözəl görünmək üçün dodaq boyası çəkir. Amma Con oyanandan sonra heç vaxt belə şeylərə fikir verməyib.  Əvvəlcə corablarını geyinir, tumanını çəkir, şalvarını, köynəyini, qalstukunu, ayaqqabılarını eynilə onları çıxardığı sıranın əksinə olaraq geyinir.
 O, Merinin paltarlarını çıxarmayıb, Meri bunu özü edir, özü də hər dəfə sanki bunun üçün ölürmüş kimi edir. Ona görə yox ki, Meri seksi sevir , heç də yox. Lakin Conun onun sevdiyini düşünməyini istəyir çünki əgər bunu kifayət qədər tez-tez etsələr Con ona öyrəşəcək , ondan aslı olacaq və onlar evlənəcəklər. amma Con  candərdi “Gecən xeyrə qalsın”ı deyib qapıdan çıxır və 3 gün sonra saat 6-da o gəlir və hər şeyi yenidən yaşayırlar.
                Merinin əsəbləri pozulub.  Ağlamaq gözəlliyə xələl gətirir , hamı bunu bilir və əlbəttə ki, Meri də. Artıqb özünü saxlaya bilmir. İş yerindəki adamlar bunu fərqinə varırlar. Dostları ona Conun siçovul, donuz, köpək olduğunu, ona layiq olmadığını deyirlər, lakin Meri buna inana bilmir. O düşünür ki, Conun içində daha yaxşı olan bir Con daha var. Əgər yetərincə sıxsan, digər Con birinci Conun içindən eynilə qozadan kəpənək, qutudan oyuncaq, badam qapığınan badam içi çıxan kimi çıxacaq.
                Bir axşam Con yeməkdən şikayət edir.  O, heç vaxt yeməkdən şikayət eləməmişdi. Meri inciyir.
                Dostları ona Conu Meq adlı başqa qadınla restoranda gördüklərini deyirlər. Merini sındıran Meq deyil, restorandı. Con heç vaxt Merini restorana aparmayıb.  Meri tapa bildiyi bütün ağrı kəsici dərmanları və asprinləri toplayır, onları və yarım şüşə şerrini ötürür. Içdiyinin viski belə olmamağından Merinin nə cür qadın olduğu anlaya bilərsiniz.  O, Con üçün qeyd yazır, ümid edir ki, Con onu tapar və vaxtında xəstəxanaya aparar, sonra isə əməllərinə peşman olar və onlar evlənərlər. Lakin bu plan baş tutmur və Meri ölür.
                Con Meqlə evlənir və hər şey “A” variantında olduğu kimi davam edir.

                “C”
                Yaşı ötmüş Con Meriyə aşiq olur və cəmi 22 yaşında olan Merinin saçının tökülməyinin dərdini çəkən Cona yazığı gəlir. Onu sevməməyinə baxmayaraq Meri onunla yatır. Onlar iş yerində tanış olublar. Meri isə ğzü ilə həmyaşıd,  hələ ki, yurd-yuva qurmağa hazır olmayan Jeymsə aşiqdir.
                Digər tərəfdən isə Con çoxdan ev-eşik olub: onu narahat eləyən də budur. Conun davamlı, hörmətə layiq işi var və öz sahəsində irəliləyir, lakin bunlar Merinin  ürəyini sürətlə döyündürmür.  Merinin ürəyini sürətlə döyündürən Jeymsin motosikleti və qiyamət val kolleksiyasıdır. Jeyms tez-tez azad olmaq üçün motosikleti ilə uzaqlara gedir. Azadlıq qızlar üçün eyni deyil, odur ki, həmin vaxt Meri cümə axşamı axşamlarını Conlar keçirir. Cümə axşamı Conun payına düşən yeganə gündür.
                Con Meq adlı qadınla evlidir, iki uşaqları , əmlak qiymətləri qalxmadan lap əvvəl aldıqları gözoxşayan evləri və vaxt tapanda həvəsləndirici və canlandırıcı hesab etdikləri hobbiləri var. Con Meriyə onun üçün çox dəyərli olduğunu tez-tes deyir. Əlnbəttə, o, arvadını boşaya bilməz, çünki bağlılıq bağlılıqdır. O, bu haqda lazım olandan da çox danışır və bu Meriyə sıxıcı gəlir. Neynəmək olar, qoca kişilər mövzunu uzatmağı sevirlər. Ümumilikdə götürsək Meri heç də pis vaxt keçirmir.
                Bir gün Jeyms öz motosikletində bir qədər əla növ Kaliforniya qarışığının təsiri ilə uçurdu . sonra meri də ona qoşuldu və birlikdə ağ “qanadları” ilə yüksək zirvələri fəth edib çarpayıya atıldılar. Qalan hər şey bulanıq idi. Bu vaxt isə mənzilin açarı olan Con gəlib çıxdı.  Onları uçmuş və sarmaş-dolaş vəziyyətdə gördü. Nəzərə alsaq ki, o da Meqlə evlidir, qısqanmağa haqqı yoxdur, lakin heç nəyə baxmayaraq çarəsizlik ona üstün gəlir. Axı , o, orta yaşlı, iki il sonra yumurta kimi keçəl olacaq adamdı, çətin ki bu qədərinə dözə. Atıcılıq məşqləri üçün lazım olduğunu deyib silah əldə edir – bura süjet xəttinin zəif yeridir, lakin sonra düzəltmək olar – və o ikisini, sonra da özünü vurur.
                Meq lazımi yas saxlama müddəti keçəndən sonra Fred adlı başadüşən kişi ilə evlənir və hər şey “A” variantında olduğu kimi, amma başqa adlarla davam edir.

                “D”
                Fred və Meqin heç bir problemləri yoxdur. Onlar qeyri-adi dərəcədə yaxşı yola gedirlər və yarana biləcək ən kiçik mübahisəni öz aralarında həll etməkdə ustadırlar. Lakin onların gözoxşayan evləri ləpədöyəndədi və bir gün böyük dəniz dalğası gəlir. Əmlak qiymətləri aşağı düşür. Hekayəni ardı həmin dalğaya nəyin səbəb olduğu və onların necə canlarını qurtardıqları haqqındadır. Bacarırlar, baxmayaraq ki, dəfələrlə batırlar. Amma yox, Fred və Meq bacarıqlıdır və bəxtləri gətirir. Axır ki, torpağa çıxanda əl-ələ tuturlar. İslanıblar, üst-başlarından su damır, yenə də “şükür” edirlər və hər şey “A” variantındakı kimi davam edir.

                “E”
                Hər şey eynidir,  lakin Fredin ürəyində qüsur var. Hekayənin davamı Fred ölənə qədər hər ikisinin necə mehriban və başadüşən olması haqqındadır. Sonra Meq həyatını “A” variantı sonluğuna qədər xeyriyyəçiliyə həsr edir. Əgər istəsəniz, bu hekayənin  “Meq”, “xərçəng”, “günahkar və çaşqın” və ya “quş izləmək” qoya bilərsiniz.

                “F”
                Əgər bütün bunlar sizin üçün həddən artıq burjuavari görünsə, Conu inqilabçı, Merini isə əks-kəşfiyyat agenti edin və baxın görün sonra nə olur. Yadda saxlayın, bura Kanadadır. Yenə “A” variantına gəlib çıxacaqsız, lakin ola bilər ki, bu arada ehtiraslı birləşmənin şəhvani savaş hekayətini əldə edəsiz. Müasir dövrümüzün xronologiyası, ya da bu kimi şeylər.
               
                Qəbul etməlisiniz ki, hansı tərəfə çevirsəniz də sonluq olduğu kimi qalır.  Digər sonluqlara aldanmayın, onların hamısı saxtadır: ya qərəzli aldatmaq niyyəti ilə qəsdən saxtadır, ya da əgər büsbütün sentimentallığa yuvarlanmayıblarsa, sadəcə olaraq optimizmlə həddən artıq motivasiya olublar.
                Yegənə əsl sonluq burada yazılandır:
                Con və Meri ölür. Con və Meri ölür. Con və Meri ölür.
                Sonluqlardan danışdığımız bəsdir. Başlanğıclar həmişə daha əyləncəli olub. Əsl bilici hər ikisinin arasını düzəltməyi ilə bilinir, axı bu bacarması ən çətin olan işdir.
                Süjet haqqında deyilə biləcək hər şey bundan ibarətdir. Onsuz da hər şey bir şeyin ardınca başqa şeyin gəlməsindən ibarətdir və sonra başqa və başqa və başqa.
                Indi isə, “necə” və “niyə”ni sına.

Son.(1983)
tər: Cəmilə Məmmədli

Hiç yorum yok: